Məqalələrim

Sözlərin Düzgün Yazılışı...

Sözlərin Düzgün Yazılışı...


Gündəlik həyatda tez-tez istifadə etdiyimiz və yazılışında səhvə yol verdiyimiz bəzi sözləri bir araya cəmləyərək düzgün versiyalarını sizə təqdim edirəm.

Hər sənətin özünəxas həssas nöqtələri olduğu kimi söz yazarlığı ilə məşğul olan şəxslərin də yaralı yeri düzgün yazılış formasıdır.

Nümunə:

- Doğurdan, yoxsa doğrudan?

- Yalnış, yoxsa yanlış?

- Məhşur, yoxsa məşhur?

- Şillə, yoxsa sillə?

- Kirpik, yoxsa kiprik?

Əgər siz də bu kimi sözlərin düzgün yazılış formalarını qarışdırırsınızsa, bu məqalə tam sizin üçündür.

Orfoqrafik cəhətdən düzgün yazılış zamanı ən çox səhv etdiyiniz sözləri isə şərh bölməsində qeyd edə bilərsiniz.

Sözlərin siyahısı:

kirpik kiprik yox

karyera kariyera yox

bikarçılıq bekarçılıq yox

lisey litsey yox

yanlış yalnış yox

heyifsilənmək heyfislənmək yox

fənlər fənnlər yox

sünbül sümbül yox

ağrımaq ağramaq yox

tövsiyə tövsiyyə yox

məşhur məhşur yox

çəkic çəkiç yox

anbar ambar yox

kilovat kilovatt yox

müdir müdür yox

çatışmazlıq çatışmamazlıq yox

yanlış yalnış yox

ümid ümüd yox

pambıq panbıq yox

meyil meyl yox

bu gün bugün yox

ab-hava abu-hava yox

asfalt asvalt yox

attestat atestat yox

ələlxüsus ələxsus yox

əmin-amanlıq əmn-amanlıq yox

emblem enblem yox

faciə faciyə yox

genişmiqyaslı geniş miqyaslı yox

hazırkı hazırki yox

həftəsonu həftə sonu yox

həmin həmən yox

hökumət hökümət yox

kirpik kiprik yox

kondisioner kondisoner yox

qayınana qaynana yox

layihə lahiyə yox

meyil meyl yox

monoton manaton yox

nəbz nəbiz yox

özünümüdafiə özünü müdafiə yox

təəccüb təəcüb yox

tərbiyə tərbiyyə yox

əsəbiləşmək əsəbləşmək yox

Ümid edirəm ki, yazdığım məqalə sizin üçün faydalı oldu :)

LinkedIn-də izlə