Bu yazıda 3 bölmə
Əvvəla, özümü təqdim edim — mən Elvar Abdullazadə!
Marketinq və kommunikasiya sahəsində 6 ildən çoxdur ki, çalışıram. Bu müddət ərzində bank, səhiyyə, nəqliyyat, reklam agentliyi, təhsil və B2B sektorlarında fərqli brendlərlə çalışmış, müxtəlif layihələrdə iştirak etmiş və dəyərli təcrübələr əldə etmişəm.
Əsas ixtisaslaşdığım sahələr rəqəmsal marketinq, kontent marketinq, sosial media, kopiraytinq, brend kommunikasiyası, işəgötürən brendi və daxili kommunikasiyadır. Bu istiqamətlərdə həm strategiyanın hazırlanması, həm kontentin yaradılması, həm də rəqəmsal kampaniyaların idarə olunması və nəticələrinin təhlili ilə bağlı professional biliklərim var.
LinkedIn-də 30 000-dən çox izləyicim var. Bu illər ərzində müxtəlif sahələrdən olan insanları bir araya gətirən aktiv bir auditoriya formalaşdırmışam. Platformada rəqəmsal marketinq, brendinq, kontent strategiyası və karyera inkişafı ilə bağlı mütəmadi paylaşımlar edirəm.
Bu saytı da elə həmin məqsədlə yaratmışam: fikirlərimi, araşdırmalarımı, üzərində işlədiyim layihələri və praktiki təcrübəmdən irəli gələn faydalı yanaşmaları daha rahat və sistemli şəkildə sizinlə paylaşmaq üçün.
Peşəkar inkişafıma da xüsusi diqqət ayırıram. Bu istiqamətdə beynəlxalq sertifikatlaşdırma proqramlarında iştirak edərək American Marketing Association (AMA), Digital Marketing Institute (DMI), The Chartered Institute of Marketing (CIM), Meta və digər beynəlxalq sertifikatları əldə etmişəm.
Məlumat üçün qeyd edim ki:

American Marketing Association (AMA) tərəfindən təqdim olunan beynəlxalq sertifikatdır. Marketinqin əsas prinsipləri, strategiya, planlama və marketinq yanaşmaları üzrə peşəkar bilikləri təsdiqləyir.

Digital Marketing Institute (DMI) tərəfindən təqdim olunur. Rəqəmsal marketinq kanalları, kontent, sosial media, SEO, e-mail marketinq, performans reklamları və kampaniyaların idarə olunması üzrə bilikləri əhatə edir.

Meta tərəfindən təqdim olunan sertifikatdır. Rəqəmsal reklamın əsasları, kampaniyaların qurulması, auditoriyaların hədəflənməsi, optimallaşdırma və nəticələrin qiymətləndirilməsi istiqamətlərini əhatə edir.

The Chartered Institute of Marketing (CIM) tərəfindən təqdim olunan, sosial media strategiyası, idarəetmə və nəticələrin qiymətləndirilməsi üzrə peşəkar kvalifikasiyadır. Bu istiqamətdə CIM-in Level 6 proqramı üzrə təhsil alıram.
Məni bu sahədə fərqləndirən əsas cəhətlərdən biri müxtəlif marketinq istiqamətlərində praktiki təcrübəyə malik olmağımdır. Yəni yalnız strategiya hazırlamaqla kifayətlənmir, eyni zamanda kontent yaradır, kreativ ideyalar üzərində işləyir, kampaniyaları idarə edir və nəticələrini təhlil edirəm.
Təhsil


Marketinqə marağım elə universitet illərindən başlayıb. 2015–2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Marketinq ixtisası üzrə bakalavr təhsili almışam.
2016-cı ildə SABAH qruplarına qəbul olmuşam. Bu proqram çərçivəsində təhsilimi davam etdirərək marketinq üzrə nəzəri biliklərimi, analitik düşüncəmi və fərqli yanaşmalarımı inkişaf etdirmişəm.
İş təcrübəm
İndi isə keçək iş təcrübəmə! Hər mərhələyə klikləyərək ətraflı oxuya bilərsiniz.

Azərbaycan Beynəlxalq Bankı (ABB)
Aparıcı marketinq kommunikasiyaları mütəxəssisi

Azərbaycan Beynəlxalq Bankı (ABB)
Aparıcı marketinq kommunikasiyaları mütəxəssisiHazırda Azərbaycan Beynəlxalq Bankında Aparıcı marketinq kommunikasiyaları mütəxəssisi kimi İnsan Resurslarının İdarəedilməsi Departamentinin İşəgötürən Brendi və Daxili Kommunikasiya şöbəsində çalışıram.
İşim əsasən rəqəmsal marketinq, kontent və kreativ istiqamətləri əhatə edir. Sosial media kanalları üçün kontentlərin hazırlanması, kontent planının qurulması, kreativ ideyaların formalaşdırılması və layihələrin ideyadan icraya qədər koordinasiyası ilə məşğul oluram. Eyni zamanda reklam kampaniyalarının planlanması, hədəflənməsi, optimallaşdırılması və nəticələrinin izlənilməsi də gündəlik işlərimin bir hissəsidir.
Bu proseslərin əsas istiqamətlərindən biri ABB Life layihəsidir. ABB Life üçün kontent strategiyasının formalaşdırılması, gündəlik kontentlərin hazırlanması və paylaşılması, kampaniyaların planlanması və reklam dəstəyinin təmin olunması üzərində çalışıram.
Bununla yanaşı, daxili kommunikasiya istiqamətində əməkdaşlara yönəlik mesajların hazırlanması, daxili kanallar üçün kontentlərin planlanması və müxtəlif HR təşəbbüslərinin kommunikasiya dəstəyi ilə də məşğul oluram.
Bu müddət ərzində strateji kontent marketinqi, kreativ kampaniyalar və davamlı performans optimallaşdırması sayəsində rəqəmsal kanallarda auditoriyanın 30 dəfədən çox artırılmasına nail olmuşuq.

Azərbaycan Dəmir Yolları (ADY)
Marketinq kommunikasiyaları mütəxəssisi
Azərbaycan Dəmir Yolları (ADY)
Marketinq kommunikasiyaları mütəxəssisiADY-də Marketinq kommunikasiyaları mütəxəssisi kimi əsasən daxili kommunikasiya istiqamətində çalışmışam.
Təşkilat daxilində keçirilən tədbir və təşəbbüslərin kommunikasiya tərəfinə dəstək verir, əməkdaşlara yönəlik mesajları və daxili xəbərləri hazırlayaraq müvafiq kanallar vasitəsilə çatdırırdım.
Paralel olaraq daxili kommunikasiya kanallarının təkmilləşdirilməsi üzərində işləyirdim. Xüsusilə SharePoint və Viva Engage platformalarında kontentin planlanması, proseslərin idarə olunması və əməkdaşların bu platformalardan daha aktiv istifadə etməsi üçün maarifləndirilməsi işimin əsas hissələrindən idi.
Bundan əlavə, sosial media və işəgötürən brendi üçün rəqəmsal kontent hazırlayır, KPI göstəriciləri əsasında kontentin effektivliyini izləyirdim.

Master English
Təsisçi və marketinq rəhbəri

Master English
Təsisçi və marketinq rəhbəriMaster English mənim yaratdığım onlayn ingilis dili tədrisi layihəsidir. Layihəni qurmaqda əsas məqsədim ingilis dilinin daha praktik formada öyrədilməsinə töhfə vermək idi.
Təsisçi və marketinq rəhbəri kimi layihənin əsasən rəqəmsal tərəfi ilə məşğul olmuşam. Sosial media hesablarının idarə olunması, kontent strategiyasının hazırlanması, reklam kampaniyalarının planlanması və ümumilikdə marketinq prosesinin təşkili mənim məsuliyyətimdə idi.
General English, Business English, IELTS, Kids və Conversation Club proqramları üçün ayrı-ayrılıqda hədəf auditoriyalarını müəyyənləşdirir, kampaniya mesajlarını hazırlayır və reklamların nəticələrini optimallaşdırırdım.
Bu layihə mənə yalnız marketinq tərəfini deyil, eyni zamanda bir brendin sıfırdan yaradılması və idarə olunması prosesini də praktiki olaraq öyrətdi.

Liv Bona Dea Hospital
Kontent marketinq mütəxəssisi

Liv Bona Dea Hospital
Kontent marketinq mütəxəssisiLiv Bona Dea Hospital-da Kontent marketinq mütəxəssisi kimi çalışdığım müddətdə əsasən veb-sayt və rəqəmsal kontent istiqamətində fəaliyyət göstərmişəm.
Veb-sayt məzmunlarının yenilənməsi, səhifələrin daha oxunaqlı və istifadəçi üçün aydın formada hazırlanması, SEO yanaşmasına uyğun məqalələrin yazılması işimin əsas hissələrindən idi.
Bununla yanaşı, kontent marketinq istiqamətində mövzu araşdırmaları aparır, məqalələr hazırlayır və kontentin axtarış sistemlərindən gələn trafikə təsirini izləyirdim.
Kopiraytinq də gündəlik fəaliyyətimin vacib hissəsi idi. Kampaniyalar üçün mətnlər, landing səhifələr, sosial media paylaşımları, elanlar və məlumatlandırıcı materiallar hazırlayırdım.
Ümumilikdə, bu təcrübə kontentin hazırlanması ilə yanaşı, onun veb-sayt mühitinə uyğunlaşdırılması və SEO baxımından optimallaşdırılması istiqamətində biliklərimi daha da inkişaf etdirməyimə kömək etdi.

IDEA
Rəqəmsal marketinq və kontent marketinq mütəxəssisi

IDEA
Rəqəmsal marketinq və kontent marketinq mütəxəssisiIDEA-da Rəqəmsal marketinq və kontent marketinq mütəxəssisi kimi çalışdığım müddətdə əsas diqqətim rəqəmsal kanalların idarə olunması və kontent strategiyasının hazırlanması idi.
Sosial media üçün kontent planı qurur, mövzuları müəyyənləşdirir, mətnləri yazır və vizuallarla uyğunlaşdırırdım. Eyni zamanda veb-sayt və e-poçt kampaniyaları üçün məzmunların hazırlanması və yenilənməsi ilə məşğul olurdum.
Art-direktorla birlikdə çalışaraq veb-sayt və sosial media səhifələrinin trafikinin artırılması istiqamətində müxtəlif yanaşmalar tətbiq edirdik.
Bu dövrdə LinkedIn də fəaliyyətimin vacib istiqamətlərindən biri idi. LinkedIn Sales Navigator vasitəsilə sektor, ölkə, şirkət ölçüsü, vəzifə və qərarverici şəxslər üzrə axtarışlar aparır, potensial müştəriləri müəyyənləşdirir və lead generation prosesində iştirak edirdim.

Elyx
Kontent marketinq mütəxəssisi · Frilans

Elyx
Kontent marketinq mütəxəssisi · FrilansElyx-də frilans Kontent marketinq mütəxəssisi kimi müxtəlif marketinq kampaniyaları üçün kontent strategiyasının hazırlanmasında iştirak etmişəm.
Marketinq və dizayn komandası ilə birlikdə veb-sayt, mobil tətbiq və rəqəmsal kampaniyalar üçün mətnlər hazırlamışam.

EYOF 2019
Komanda meneceri

EYOF 2019
Komanda meneceriBakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF 2019) Komanda meneceri kimi çalışmışam.
Bu müddətdə komandanın gündəlik işinin təşkili, fəaliyyətin koordinasiyası, performansın izlənilməsi və xidmət keyfiyyətinin artırılması ilə məşğul olmuşam.

Kapital Bank
Satış üzrə təcrübəçi

Kapital Bank
Satış üzrə təcrübəçiİş həyatıma Kapital Bank-da satış üzrə təcrübəçi kimi başlamışam.
Burada çalışdığım müddətdə müştəri araşdırmaları, potensial müştərilərin müəyyənləşdirilməsi və satış hesabatlarının hazırlanması ilə məşğul olmuşam. Bu təcrübə mənə bank sektorunu yaxından tanımaq, müştəri münasibətlərini anlamaq və satış prosesləri haqqında ilkin praktiki biliklər qazanmaq imkanı verib.

Azerbaijan Grand Prix
İnzibati köməkçi

Azerbaijan Grand Prix
İnzibati köməkçiUniversitet illərində Formula 1 Azərbaycan Qran-prisində (Baku City Circuit) inzibati köməkçi kimi çalışmışam. Yarışın gündəlik inzibati və əməliyyat proseslərinin təşkilinə dəstək vermişəm.

2019–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşam.
Sona qədər oxuduğunuz üçün təşəkkür edirəm!
Əməkdaşlıq, təlim və ya layihə təklifləriniz varsa, mənimlə əlaqə saxlaya bilərsiniz. Marketinq və rəqəmsal kommunikasiya ilə bağlı daha çox faydalı məlumat və yazılar üçün isə bloqumun digər bölmələrinə də nəzər salın. ❤️



